Roma polisi fəvvarədə çimmək qadağasını pozan turistləri axtarır – VİDEO

Roma polisi fəvvarədə çimmək qadağasını pozan turistləri axtarır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma polisi İtaliyanın birləşdirilməsi şərəfinə tikilmiş və altında naməlum əsgər məzarının olduğu “Altare della Patria” (Vətən səcdəgahı) kilsəsi ətrafındakı fəvvarədə çimmiş turistləri axtarır.

Oxu.Az xəbər verir ki, paytaxt polisi həmin turistlərin şəkillərini yayıb və səfirlikləri onları tapmağa çağırıb.

 İngilisdilli olduqları güman edilən turistlərin Romanın Venesiya meydanı ətrafındakı fəvvarələrin birində əylənərkən müşahidə edildiyi bildirilir.

Bildirilir ki, hadisə rus bələdçisi Maksim Maletski tərəfindən videoya alınıb və “Il Messaggero” qəzetinə bu barədə dərhal məlumat verib.

Romalı polislər qanunu pozan turistləri axtarıb tapmaq üçün əllərindən gələni etdiklərini söyləyiblər.

Roma qanunlarına əsasən, şəhərin tarixi meydanlarındakı fəvvarələrdə çimmək qadağandır.