Roma Papası özünə gəldi – YENİ AÇIQLAMA

Roma Papası özünə gəldi – YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikanın mətbuat xidmətinin verdiyi məlumata görə, Roma Papası Fransisk bronxospazmdan sonra gecəni sakit keçirib.

Bildirilir ki, Papanın dünən yenidən tənəffüs problemi yaşadığı, lakin bu səhər vəziyyətinin stabilləşdiyi qeyd edilib.

Vatikanın rəsmi açıqlamasında Papanın səhhətinə dair əlavə təfərrüatlar verilməsə də, son vaxtlar onun tənəffüs sistemi ilə bağlı problemlər yaşadığı məlumdur. Bundan əvvəl də o, bir neçə dəfə tənəffüs çətinliyi səbəbindən rəsmi tədbirlərdə iştirak edə bilməmişdi.

Hazırda Roma Papasının səhhətinin nəzarət altında olduğu və həkimlərin onun vəziyyətini yaxından izlədiyi bildirilir.