Papa Fransisk Müqəddəs Pyotr meydanında bazar günü xütbəsi zamanı Qarabağ ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, “Mən bir daha Azərbaycan və Ermənistanı dialoqa çağırıram. Ümid edirəm ki, tərəflər arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar humanitar böhrana son qoyacaq möhkəm razılaşmaya gətirib çıxaracaq.
Xankəndi yaxınlığında baş verən partlayışın qurbanlarına dua edirəm”, – deyə Papa əlavə edib.