Roma imperatorunun 500 illik məxfi sui-qəsd məktubu

Roma imperatorunun 500 illik məxfi sui-qəsd məktubu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tədqiqatçılar Roma imperatoru və İspaniya kralı V Karlın yazdığı sirli simvollardan ibarət məktubu deşifrə edə biliblər.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Karlın həyatından narahat olarkən yazdığı və Fransadakı səfiri Jan de Saint-Maursa göndərdiyi 1547-ci il tarixli məxfi məktubda özünə qarşı sui-qəsd planlaşdırdığını düşündüyünü bildirir və Fransa kralı I Fransua ilə yaşanan gərginlikdən bəhs edir.
Məktub məxfi məlumatları gizlətmək üçün anlaşılmaz simvollardan istifadə edilməklə yazılıb. Sözügedən məktub əsrlərdir ki, Stanislas Kitabxanasında saxlanılır.
2019-cu ildə üzə çıxarılan və tapıldığı andan araşdırılan məktub nəhayət, deşifrə edilib. Böyük Karlın məktubundakı hər bir simvol sadə hərfdən hərfə şifrələməni deyil, tam bir sözü ifadə edirdi. Bəzi simvolların əvəzinə heç bir mənası olmayan hiylə (tələ) simvollarından istifadə edilmişdir. Bu səbəbdən məktubun deşifrə edilməsi çox çətin bir prosesə çevrilmişdi.
Fransız tədqiqatçılar məktubun bir hissəsini deşifrə etdikdən sonra V Karlın başqa bir elçiyə yazdığı məktubda şifrələmə kodu tapdılar və bu kod sayəsində bütün məktubu deşifrə edə bildilər. Müqəddəs Roma İmperatoru gizli məktubda Fransa kralı I Fransiskin ona qarşı sui-qəsd hazırlamasından narahat olduğunu yazır.