İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb. İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb.
Bu görüş “canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün “Roma” forması ilə sonuncu olub.
Görüşün 54-cü dəqiqəsində Muhammed Salahı əvəzləyən “veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.
“Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.
Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.