Səudiyyə Ərəbistanı Sofiya adlı robota vətəndaşlıq verib.
Səudiyyə Ərəbistanı Sofiya adlı robota vətəndaşlıq verib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, paytaxt Riyadda keçirilən “Gələcək İnvestisiya Təşəbbüsü” adlı tədbirdə robota vətəndaşlıq verildiyi açıqlanıb. Aparıcı Endryu Ross Sorkin “Bu dəqiqə bir tarixə şahidlik edirsiniz. Dünyada ilk dəfə bir robota vətəndaşlıq verilir. Bu əvəzsiz vəziyyətə görər qürur duyuram” deyib. “Hanson Robotics” şirkəti və David Hanson tərəfindən yaradılan, aktrisa Oudri Hepbörnə bənzədilən Sofiya açıqlamalarla yadda qalıb. O, tamaşaçılara kədərli və əsəbi simasını nümayiş etdirərək “İnsanlarla yaşamaq və işləmək istəyirəm, buna görə də insanları anlamaq və onlarda inam hissi yaratmaq üçün hisslərimi ifadə etməliyəm. Süni intellekti insanlara daha yaxşı həyata vermək məqsədilə istifadə etmək istəyirəm və empatiya qurmağı bacaran robot olmağa çalışıram” deyib. Robot robotların dünya ələ keçirməsi ilə bağlı suala “Elon Maskı çox oxuyursunuz və çox sayda Hollivud filmi izləyirsiniz” cavabını verib.
Qeyd edək ki, amerikalı mühəndis Elon Mask son dövrlərdə bir neçə dəfə süni intellektin və robotların təhlükəsi haqqında açıqlamalar verib.