Rusiya istehsalı olan robot Perm beynəlxalq marafonunun bir hissəsini qaça bilib.
Rusiya istehsalı olan robot Perm beynəlxalq marafonunun bir hissəsini qaça bilib.
İKT.lent.az-ın Android-robot.com portalına istinadən verdiyi məlumata görə, bazar günü “Promobot” adlandırılan robot 6 min iştirakçı ilə birgə təşkil edilmiş idman tədbirində iştirak edib. Robot izdihamın içində sərbəst istiqamət alaraq 3 kilometr məsafəni qət edə bilib.
Qeyd edilir ki, robotun yaradıcıları öncədən cihazın təlimdə iştirakı barədə də düşünüblər. Sınaqlar zamanı robot bir neçə dəfə yıxılıb. Ancaq marafon zamanı bu məsafəni problemsiz olaraq qaça bilib.