Riskli MTK: “Gold Construction” 1,5 milyon borclanıb

Riskli MTK: “Gold Construction” 1,5 milyon borclanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda çoxmərtəbəli yaşayış binaları tikən məşhur şirkətlərdən birinin külli miqdarda vergi borcu yaranıb. Maraqlıdır ki, vergi borcu yaranmış bu şirkətin adı Bakıda həyata keçiriləcək pilot layihələrin icrasında çəkilir.

Musavat.com xəbər verir ki, söhbət “Gold Construction” MMC-dən gedir. Şirkətin hazırda 1,5 milyon manata yaxın vergi borcu var.

Bakıda bir neçə layihəyə imza atan MMC-nin adı pilot layihələrin icrasında da çəkilir. Məsələn, Nəsimi rayonunda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üçün başladılan layihələrdə “Gold Construction” MMC-nin də adı var.

MMC-nin Bakıdakı ən böyük layihələri sırasında “Xatai Residence” və “Azadlıq Palace” var.

Qeyd edək ki, hazırda ölkədəki bir çox riskli tikinti şirkətlərinin vergiyə külli miqdarda borcu yaranıb.