Xəbər verdiyimiz kimi, İbrahim Tatlısəs Harbiye Open Air-də verdiyi konsertdə ürəyindən əməliyyat olacağını açıqlayıb və bağışlanmasını istəmişdi.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, sənətçi ötən gün Ayazağa Liv Xəstəxanasında əməliyyat masasında idi.
Angioqrafiya aparılıb və Tatlısəsin hər iki ürək damarının tıxandığı müəyyən edilib.
Daha sonra ürək qapağı əməliyyatla dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.
Ailəsi və dostları sənətçini xəstəxanada tək qoymayıb.
Ziyarətçilər arasında olan Erol Köse sənətçi ilə xatirə şəkli çəkdirib. İbrahim Tatlısəsin bir neçə gün sonra evə buraxılacağı öyrənilib.
–