Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daha bir tenderə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, nazirlik dünən həmin müsabiqənin nəticələrini açıqlayıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, tender saytların və mobil tətbiqin yaradılması məqsədi daşıyıb. Bununla bağlı nazirliklə “SAFAROFF CA” MMC arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri isə 123 min 900 manat təşkil edib.
Açıq mənbələrdə qeyd edilir ki, bu məbləğə RİNN 4 sayt və bir mobil tətbiq yaradacaq. Belə ki, Pdp.az, Phising.az, Etx.az və Cert.az saytları ilə yanaşı CERT mobil tətbiqi qurulacaq.
Qeyd edək ki, cəmi 4 sayt və bir mobil tətbiqin bu qiymətə yaradılması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrən məlum olan odur ki, nazirlik bu məsələdə israfa yol verib
Fərda Uğur