“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində “Nimburk”la oyundakı səhvləri aradan qaldırmalıdır.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə baş məşqçi Rimas Kurtinaytis açıqlama verib.
Mütəxəssis müntəzəm mövsümün I turunda uduzduqları qarşılaşma barədə fikirlərini bölüşüb:
“İlk olaraq rəqibi təbrik edirəm. “Nimburk” öz meydanında ev sahibi kimi oynadı. Bizə gəlincə, daha sürətli və daha güclü oynamalı idik. Çempionlar Liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, Çexiyada gerçəkləşən qarşılaşma meydan sahiblərinin 93:65 hesablı qələbəsi ilə bitib. “Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.