Müğənni Riki Martin və sənətçi Cvan Yosef təxminən 6 illik evlilikdən sonra boşanır.
Tribunainfo.az-ın xəbərinə görə, “Bir müddət münasibətimizi dəyişmək haqqında düşündük, müzakirə etdikdən sonra övladlarımız naminə sevgi, hörmət və ləyaqətlə evliliyimizi bitirmək qərarına gəldik”, – cütlük İnstaqramda yazıb.