Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistan parlamentində jurnalistlərlə keçirdiyi görüşdə Azərbaycana silah satılması məsələsinə toxunub.
Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistan parlamentində jurnalistlərlə keçirdiyi görüşdə Azərbaycana silah satılması məsələsinə toxunub.
Bu barədə AzVision.az “Aysor.am” saytına istinadən xəbər verir.
“Bu, köhnə məsələdir. Bəli, silah satırıq. Nə olsun? Bu, o demək deyil ki, biz bunu müharibənin başlaması üçün bilərəkdən edirik”, – deyə Rıjkov bildirib.
Jurnalistlərin məsələnin yeni deyil, ağrılı olması barədə sualına cavab olaraq Rıjkov bildirib: “Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Onda hər şey qaydasına düşəcək”.