Rihanna birinci xanımla görüşə bu tərzdə getdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtını humanitar fəaliyyətə həsr edən Fransanın birinci xanınmı Bricit Makron dünən rəsmi iqamətgahında dünya şöhrətli pop ulduzu Rihannanı qəbul edib. 

Vaxtını humanitar fəaliyyətə həsr edən Fransanın birinci xanınmı Bricit Makron dünən rəsmi iqamətgahında dünya şöhrətli pop ulduzu Rihannanı qəbul edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna Klara Layonel xeyriyyə fondunun təsisçisi və rəhbəri kimi prezident Makron Emmanuellə şəxsən görüşmək üçün Parisə gəlib. Onunla görüşdən əvvəl ölkənin birinci xanımı Rihannanı səmimiyyətlə salamlayıb.

29 yaşlı Riannanı Yelisay Sarayında qəbul edən Bricit Makron amerikalı müğənni ilə görüş üçün dar cins şalvar, ağ pencək və Donald Trampla Melaniyanın səfəri zamanı artıq nümayiş etdirdiyi göy tuflisini geyinib. Rihanna isə Fransa prezidenti ilə danışıqlar üçün görüşə yöndəmsiz pencək, boş və boz rəngli şalvarda gedib. O, obrazını üstü açıq gümüşü dikdaban ayaqqabılar və “Dior” əl çantasıyla zənginləşdirib.

Yeri gəlmişkən onu da qeyd edək ki, onlar görüşdə inkişaf etməkdə olan ölkələrdə təhsilin problemləri müzakirə ediblər.