Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti iri məbləğli tenderin nəticələrini elan edib.
Tribunainfo.az xəbər verir ki, qalib “Ricon” MMC (VÖEN: 1900014631) olub.
Qalib şirkətə tikinti işləri üçün 3 268 721 manat ödəniləcək.
Tenderdə Goranboy şəhəri, C.Cabbarlı küçəsində 16 mənzilli, M.Məhərrəmov küçəsində 20 mənzilli və Goranboy rayonu Dəliməmmədli şəhəri, T.Əkbərov küçəsində 16 mənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.