RİÇARD KOZLARİÇ: “ƏMİNƏM Kİ, MÜHARİBƏ HƏLƏ BAŞA ÇATMAYIB”

RİÇARD KOZLARİÇ: “ƏMİNƏM Kİ, MÜHARİBƏ HƏLƏ BAŞA ÇATMAYIB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağ münaqişəsinə dair imzalanmış bəyanatın mürəkkəbi qurumamış Qərb mediası müharibənin başa çatmadığını bəyan etməyə başlayıb. TİA.AZ xəbər verir ki, əsasən nüfuzlu politoloqlar rus sülhməramlıların bölgəyə yerləşdirilməsinin də problem çöxməyəcəyini bildirirlər.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç BBC-yə verdiyi açıqlamasında bildirib ki, Qarabağda davam edən 44 günlük müharibənin başa çatmasını demək üçün hələ tezdir. O vurğulayıb ki, illərdir davam edən nifrətin asanlıqla aradana qalxacağını düşünmək yersizdir. “Nifrəti aradan qaldırmadan atəşkəsi təmin etmək mümkündürmü? Əmin deyiləm. Amma əminəm ki, müharibə hələ başa çatmayıb”.