Aprelin 1-i, saat 14:30-da Bakı Kitab Klubunda “Rezonans toplusu 1” kitabının təqdimat mərasimi keçiriləcək. TİA.AZ -ın məlumatına görə “Rezonans toplusu 1” Rezonans Maarifləndirmə Cəmiyyətinin (RMC) dərc etdiyi ilk kitabdır.
Kitabın ilk səhifələrindən siz “Böyük partlayış”la tanış olub daha sonra evimiz olan yerin neçə yaşı olduğunu, necə “böyüdüyünü” öyrənəcək və nəhayət ki, evimizdə canlılığın necə yarandığını, yəni təkamülün necə işlədiyini görəcəksiniz.
Üçünci bölüm isə müasir sivilizasiyamızı sorğulayır.
RMC heç bir siyasi quruma aid olmayan və gəlir məqsədi güdməyən bir qrup gənc tərəfindən yaradılan təşkilatdır. RMC-nin məqsədi maarifləndirmə yolu ilə cəmiyyətə faydalı olmaqdır. Əsas fəaliyyətini rezonanss.com veb səhifəsi və sosial şəbəkə üzərindən aparan RMC bu yolda müxtəlif addımlar atır.
Təqdimatın keçiriləcəyi ünvan: Nərimanov r-nu, Həsənoğlu küç., 15/A. Divan Ekspressin yanı.