REZNİKOV VƏZİFƏSİNİ TƏRK EDƏ BİLƏRbackend

REZNİKOV VƏZİFƏSİNİ TƏRK EDƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jeleznyakın sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin rəhbərinin dəyişdirilməsi ilə bağlı səfirliklərə artıq xəbərdarlıq edilib.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, sentyabrın ilk həftəsində Müdafiə Nazirliyində rəhbər dəyişikliyi baş verə bilər.

Böyük ehtimalla müdafiə naziri Aleksey Reznikov Böyük Britaniyaya səfir təyin olunacaq, Müdafiə Nazirliyinə isə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov rəhbərlik edəcək.

“Fraksiyadakı keçmiş həmkarımız, indi isə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov müdafiə nazirinin yerinə təqdim olunacaq. Bu yaxınlarda onun vəzifədə bir ili var idi”, – Jeleznyak vurğulayıb.

Jeleznyakın sözlərinə görə, avqustun 30-da səhər səfirliklər belə rotasiya barədə xəbərdarlıq ediblər.

Deputatın sözlərinə görə, Umerovun yerinə Dövlət Əmlak Fonduna kimin rəhbərlik edəcəyi hələlik müəyyənləşməyib.