İsveçin CV90 piyada döyüş maşınları Ukraynaya gətirilib.
Tribunainfo.az -ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov “Twitter“ hesabında məlumat verib.
Onun sözlərinə görə, maşınlar artıq döyüşə hazırdır. Reznikov qeyd edib ki, yeni texnika artıq Ukrayna əsgərləri tərəfindən istifadə olunur.
İsveç hakimiyyəti Kiyevə 50 piyada döyüş maşını bağışlayıb.