Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sınaq imtahanları DİM-in binasında  kompüter vasitəsilə elektron formada keçirilib. 1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.

 Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.