Revanşistlərdən daha bir sərsəm “təklif”: “Qarabağ yenə Ermənistandır. Nöqtə”

Revanşistlərdən daha bir sərsəm “təklif”: “Qarabağ yenə Ermənistandır. Nöqtə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda revanşistlər hər vəchlə Qarabağ məsələsini diri tutmağa, onun erməni cəmiyyətinə təsirini saxlamağa çalışırlar.

Tribunainfo.az xəbər verir ki, bu yöndə çalışan ermənilər yeni bir “ideya” ortaya atıblar.

Belə ki, Oragir.News saytında məqalə ilə çıxış edən, revanşistlərin əsas ruporlarından biri olan jurnalist Tatul Mkrtçyan məsələnin bağlanmaması üçün yeni bir sərsəm təklif irəli sürüb. “Nəhayət, siyasi ictimaiyyətin “Qarabağ” səhifəsini bağlamayan qüvvələr “Qarabağ Ermənistandır, nöqtə”  cümləsini belə redaktə edə bilərlər: “Qarabağ, yenə də Ermənistandır”. Bu yolla, bəlkə də biz Azərbaycana qarşı çıxa bilərik”.

P.S. Bu adamlar Azərbaycanın verdiyi bəyanatları unudublar. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, əgər Ermənistanda revanşistlər yenidən baş qaldırıb, təxribata əl atarlarsa, Dəmir Yumruq onların başına 44 günlük müharibədən daha ağır formada endiriləcək.

Fərda Uğur