REUTERS: ÇİN PREZİDENTİ PUTİNLƏ GÖRÜŞƏCƏKbackend

REUTERS: ÇİN PREZİDENTİ PUTİNLƏ GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin prezidenti Si Cinpin gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Tribunainfo.az “Reuters”ə istinadən xəbər verir ki, Kreml və Çin Xarici İşlər Nazirliyi şərh sorğusuna cavab verməyib. Sözügedən iddia Pekin administrasiyasının Rusiya-Ukrayna xəttində “sülh planı”nı təqdim etməsindən sonra ortaya çıxıb.

Digər tərəfdən, Çində üçüncü dəfə prezident seçilən Si Cinpin üçüncü hakimiyyət müddətinə başlayan Ümumçin Xalq Nümayəndələri Yığıncağının Baş Assambleyasının bağlanış iclasında çıxış edib.

Çıxış edən prezident, Çinin çoxtərəfliliyi müdafiə edəcəyini, qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyəcəyini və gələcəkdə qlobal idarəetmə sisteminin islahatı və qurulmasında fəal iştirak edəcəyini bildirib.