Reuters: Çin İrandan Husilərə təsir göstərməsini istədibackend

Reuters: Çin İrandan Husilərə təsir göstərməsini istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin İrandan Qırmızı dənizdə dəstəklədiyi Yəmən Husi üsyançı Ənsar Allah hərəkatının hücumlarını dayandırmağa kömək etməsini istəyib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” İran mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Çin və İran bu yaxınlarda Pekin və Tehranda bir neçə görüş keçirib, Qırmızı dənizdə ticarət və hücumları müzakirə ediblər. Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Son məlumatlara görə, husilər ötən il noyabrın ortalarından etibarən Qırmızı dəniz və Ədən körfəzində 30-dan çox mülki gəmiyə hücum edib.