REUTERS: BMT PUTİNDƏN SWİFT-Ə ÇIXIŞ MÜQABİLİNDƏ TAXIL SAZİŞİNİ UZATMAĞI XAHİŞ EDİR

REUTERS: BMT PUTİNDƏN SWİFT-Ə ÇIXIŞ MÜQABİLİNDƏ TAXIL SAZİŞİNİ UZATMAĞI XAHİŞ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quterreş Putinə “taxıl müqaviləsi”ni bir neçə ay uzatmağı təklif edərək, Aİ-yə “Rosselxozbank”ın törəmə təşkilatını SWIFT-ə bağlamaq üçün vaxt verib.

Tribunainfo.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Kremldən Rusiyanın kənd təsərrüfatı bankının törəmə bankını SWIFT-ə qoşmaq müqabilində “taxıl müqaviləsi”ni uzatmağı xahiş edib.

Bildirilir ki, “Rosselxozbank”ın SWIFT beynəlxalq ödəniş şəbəkəsinə yenidən qoşulması Rusiyanın növbəti bazar ertəsi günü başa çatacaq “taxıl müqaviləsi”nin uzadılması üçün əsas tələbi olub.

“Rosselxozbank” 2022-ci ilin iyununda Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa Birliyi tərəfindən kəsilmişdi. Aİ may ayında bildirmişdi ki, blok Rusiya banklarını bərpa etməyi düşünmür.

Bununla belə, Aİ Rusiya taxıl və gübrələrində sövdələşmələrə icazə vermək üçün Rosselxozbank-ın törəmə qurumunu SWIFT-ə qoşmağı nəzərdən keçirir.

Qeyd edək ki, BMT-nin sözçüsü Stefan Dujarrik, öz növbəsində, jurnalistlərə bildirib ki, Quterreş çərşənbə axşamı Putinə məktub göndərərək Rusiyanın ərzaq və gübrə ixracını daha da asanlaşdırmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının davamlı tədarükünü təmin etmək yollarını təklif edib.