Rəsulzadənin həyatın kim xilas edib? -Nərimanov yoxsa Stalin…

Rəsulzadənin həyatın kim xilas edib? -Nərimanov yoxsa Stalin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradı. Çox keçməmiş, bolşeviklər Məhəmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Onun ölümünü gecə saat 12-00-a saldılar ki, bunu eşidən əhali etiraz aksiyasına keçirməsin. Rəsulzadənin güllələnməsi prosesində iştirak edəcək şəxslər Pankratov və Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev təyin etmişdi. Hətta Rəsulzadəni güllələyəndən sonra onun meyidinin itirilməsi və sonra da əhaliyə “Rəsulzadı qaçdı” kimi xəbər verilməsi planlaşdırmış idi. Bunu eşidən Nəriman Nərimanov dərhal Pankratovun yanına gəlir. Onlar arasında mübahisə düşür, Əleydhər Qarayev də bu zaman gəlib ora çıxır. Nərimanovla mübahisə hətta az qalır ki, əlbəyaxa davaya çıxsın.

Nərimanov onların fikirin dəyişə bilmir. N.Nərimanov gənclik illərində dostluq etdiyi, sonralar fərqli siyasi əqidələrinə görə yolları ayrıldığı M.Rəsulzadənin millətimiz qarşısında xidmətlərini nəzərə alaraq onu həbsdən azad etdirib, ölümdən qurtarmaq üçün yeganə çıxış yolunu Stalinə xəbər verməkdə görür.

O, Vladiqafqazda olan Stalinə zəng edib xəbər verir ki, Pakratov və Qarayev cütlüyü hazırda Szin həyatınızı vaxtilə xilas edən şəxsi güllələmək istəyir. Sizin xəbəriniz olsun bu barədə. Rəsulzadə özü də Sizə bunu deməyi məndən xahiş edib. Stalin bunu eşidib dərhal Bakını yığır, Pankratova tapşırdı ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü bu gün Bakıya gələcək. Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, — deyə o bildirdi. Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək” — deyib fikrini vurğuladı. Stalinlə Nərimanov arasında da görüş olur.

Nərimanov məsləhət görürür ki, Rəsulzadəni burdan aparmaq lazımdır. Qalsa Bakıda onu öldürəcəklər. Lakin Rəsulzadə Bakıdan getmək istəmir. Stalin bunu həll edəcəyini Nərimanova söz verir və 1920-ci ildə həbsxanada onunla görüşərkən Rəsulzadəyə deyir: “Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz.

Məncə Sizə azadlıq verilməlidir. Məhəmməd Əmin bəy, məsləhətim budur ki, Bakını tərk edəsiniz. Qalmaq istəsəniz, уеnә də öz işinizdir. Amma bilin ki, mən Bakıdan aralanan kimi Sizi yenidən həbs edib güllələyəcəklər. Gəlin Sizi özümlə Moskvaya араrım.” Rəsulzadə müsavatçılarla məsləhətləşmək üçün Stalindən bir gün vaxt aldı. Təklifi bəyənən müsavatçılar Rəsulzadənin onunla Moskvaya getməsini məsləhət gördülər. Beləliklə, Stalin Rəsulzadəni, Abbasqulu Kazımzadəni və Məhəmməd Əminin əmisi oğlu Məhəmməd Əlini özüylə Moskvaya apardı. Onu Stalinin vaqonuna qədər müşayət edən Nərimanov Rəsulzadənin Avropaya qaçmasına qədərə ona maddi dəstək də göstərir həm özünə həm də ailəsinə.

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

TİA.AZ