Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb.
Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin.
İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb.
Hər iki aşpaz həbs edilib və restoran cərimələnib.
Aşpazlara 2 il həbs verilib.
Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.