obot insanlar artıq restoranlara da ayaq açıb. Belə ki dünyanın bəzi ölkələrində kafe və restoranlarda robot ofisiantlardan istifadə olunur.
Tribunainfo.az “İTV Xəbər”-ə istinadən bildirir ki, Keniyada restoranların birində ofisinatları robotlar əvəz edir. Paytaxt Nayrobidəki restoranların birində Nadya və Klara adlı robotlar insanlara xidmətə başlayıb. Müştərilər yeməkləri robotlara sifariş verir, onlar da sifarişləri yerinə yetirir, servislə məşğul olurlar.
Çin, Yaponiya, ABŞ-də də robot ofisiantlardan istifadə olunur. Ofisiant Qledis Quda robot ofisiantların köməyindən məmnun olduğunu deyir: “Həftəsonu müştəri sıxlığı olur, işlərimiz çoxalır. Robot ofisiantlar bizə kömək edir. Onlar xidmətdə mükəmməldirlər. Pakson Çig adlı müştəri də robot ofisiantarı görüb təəccübünü gizlədə bilmədiyini etiraf edir: “Bu, unikal fikirdir. Hələ heç bir restoranda belə xidmət görməmişəm. Düşünürəm ki, robotlardan istifadə mükəmməldir. Məncə robotlar yaxın gələcəkdə bir çox xidmət sahələrində işləyəcəklər”.