Restoranda faciəyə səbəb olan şəxslə bağlı QƏRARbackend

Restoranda faciəyə səbəb olan şəxslə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilən Rüfət Əkbərlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əkbərliyə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttiham aktına əsasən, R.Əkbərli Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Lakin məhkəmə onun əməlini CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və bununla da R.Əkbərlinin cəzası yüngülləşib.
Qeyd: Hadisə 2023-cü ilin iyul ayında Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 57 ünvanında yerləşən restoranlardan birində R.Əkbərli iş yoldaşı Azər Ömərovla güləşməyə başlayıb. R.Əkbərli A.Ömərova fənd tətbiq edərək onu zərblə yerə yıxıb. Ağır bədən xəsarətləri alan A.Ömərov hadisə yerində dünyasını dəyişib.