Restoranda 30 manat üstündə dava: Dostunun barmaqlarını dişlədi…backend

Restoranda 30 manat üstündə dava: Dostunun barmaqlarını dişlədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdə rayonu, Zümürxan kəndində yerləşən restoranda dava zamanı dostunun barmaqlarını dişləyən şəxsə hökm oxunub.
1984-cü ildə Bərdə şəhərində anadan olmuş Mirpaşa Həsənov (soyad şərti) restoranda hesab üstündə dostları ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.
Belə ki, Mirpaşa, Məzahir və onun qohumu Anar restorana yemək yeməyə gediblər. Bir müddət sonra hesabı istəyiblər. Ofisiant hesabın 30 manat olduğunu deyib. Məzahir cibindən 20 manat çıxarıb, qalan 10 manatı Mirpaşanın verməsini istəyib. O, üzərində pul olmadığı üçün 20 manatı götürüb, cibinə qoyub. Məzahirə bu restoranı tanıdığını, səhər gətirib özü hesabı ödəyəcəyini bildirib. Məzahir isə ona “adımız-sanımız var, elə şey etmə”, – deyib və mübahisə etməyə başlayıb.
Mübahisə söyüş səbəbindən davaya çevrilib. Mirpaşa əvvəlcə ona yumruq atan Anarla dalaşıb. O, Anarın barmaqlarını dişləyib və boynundan bıçaqlayıb. Daha sonra Məzahirin də əlindən bıçaq zərbəsi vurub.
Zərərçəkmişlərin hər ikisi Mirpaşanı bağışlasa da, məhkəmə onu təqsirli bilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.