Restoran sahibinin ölkədən çıxışına “stop” qoyulurbackend

Restoran sahibinin ölkədən çıxışına “stop” qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda yerləşən “Tuğra” restoranının sahibi Əsgərov Şaiq Şirəli oğlunun ölkədən çıxışına qadağa qoyulur.

Pravda.az-ın xəbərinə görə, Ş.Əsgərovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyəti xususi icraat – Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Ülkər Həsənovanın icraatındadır.