Rəşt-Astara dəmiryolu bu səbəbdən açılmırbackend

Rəşt-Astara dəmiryolu bu səbəbdən açılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran uzun müddətdir Rəşt-Astara dəmiryolunun çəkilməsi üçün bəzi addımlar atır. Tribunainfo.az xəbər verir ki, Şimal-Cənub dəhlizinin əsas qolu olan bu xəttin inşası üçün pul tapa bilməyən Tehran, əvvəlcə Bakıya, daha sonra isə Rusiyaya üz tutmuşdu.
Qeyd edək ki, Azərbaycan məsələyə bir qədər isti yanaşsa da, sonradan İranın davranışları səbəbindən prosesdən çəkilməli oldu. Bu məsələdə haqsız da deyildi. Çünki bir tərəfdən Azərbaycandan kredit istəyən İran, digər tərəfdən də Bakını təhdid edirdi. Səfirlik olayı isə məsələnin qapanmasının son nöqtəsini qoydu.
Rusiya isə ilk başda Rəşt-Astara dəmiryolunun çəkilməsi prosesini üzərinə götürmüşdü. Bunun üçün müəyyən maliyyə imkanlarını da nəzərdən keçirmişdi. Lakin dünən məlum olub ki, ruslar həmin yolun tikintisini həyata keçirə bilməyəcəklər. Buna səbəb isə Rusiyanın ciddi maliyyə sıxıntısı çəkməsidir.
Tribunainfo.az xəbər verir ki, İran parlamentinin tikinti komissiyasının rəhbəri Məhəmmədrza Rezayi Koçi İLNA Agentliyinə deyib ki, Rusiya Rəşt-Astara dəmiryolunun tikintisini maliyyələşdirməklə bağlı yekun qərar verə bilmir. “Rusiya ciddi maliyyə sıxıntısı çəkir. Ona görə də, Rəşt-Astara dəmiryolunun çəkilməsi prosesi sual altındadır”.
Xatırladaq ki, Rəşt-Astara dəmiryolu işə salındıqdan sonra Azərbaycan Astarasında bizim dəmiryolu şəbəkəsinə birləşdirilməlidir. Şimal-Cənub dəhlizinin kilidi rolunu oynayan bu yolun inşası başa çatarsa, Cənub ölkələrindən Avropaya daşınan yüklərin Azərbaycanb üzərindən Qara dəniz və Türkiyə limanlarına çıxarılması asanlaşacaq.