Respublika üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb

Respublika üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun”devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb vəböyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.

Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara ümumilikdə 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.

Ölkəmizi yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalardahər kəsi fəal olmağa çağırır, vətəndaşlarımızaağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edirik.

Bu aksiyalarda iştirak edən və yaşıllıqların salınmasına öz töhfəsini verən hər kəsə təşəkkürümüzü bildiririk.