Respublika Pediatriya Mərkəzi üçün laboratoriya testləri alınır – 27.8 milyon xərclənəcək

Respublika Pediatriya Mərkəzi üçün laboratoriya testləri alınır – 27.8 milyon xərclənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi Respublika Pediatriya Mərkəzində klinik biokimya, hormon, seroloji, immunoloji, tam avtomatik mikroelisa müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır.

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “Albatros Heltkeyr” MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Testlərin alınmasına 27 801 184 AZN xərclənəcək.

Qeyd: Şirkətin qanuni təmsilçisi Anar Fazil oğlu Ağalarovdur.