Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəyəri milyonlarla manat həcmində laboratoriya testləri sifariş edib.
İqtisadiyyat.az xəbər verir ki, qurumun tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi satınalma ilə bağlı “Albatros Heltkeyr” MMC ilə müqavilə bağlayıb.
Sifariş edilən laboratoriya testləri Respublika Pediatriya Mərkəzində klinik biokimya, hormon, seroloji, immunoloji, tam avtomatik mikroelisa müayinələrinin istifadəsi üçün nəzərdə tutulub.
TƏBİB-lə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, laboratoriya testlərinin satın alınmasına 27.801.184,68 manat vəsait sərf olunacaq.
Sifariş edilən laboratoriya testlərinin siyahısı ilə buradan tanış olmaq mümkündür.