Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 May-Respublika gününün 99-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 May-Respublika gününün 99-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra rayon Arxiv idarəsinin müdiri Nağıyev Vüsal “Azərbaycan milli dövlətçiliyinin bərqərar olunması”, Qubalıbaloğlan İƏD üzrə nümayəndəsi Nəzərov Mehman “Azərbaycan Demokratik Respublikasının sosial-siyasi vəziyyəti”, Meyniman kənd tam orta məktəbinin tarix müəllimi Təhməzova Aytən “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti”, N saylı hərbi hissənin zabiti Ceyhun Xəlilov “Azərbaycan Demokratik Respublikası dövründə ordu quruculuğu, ərazi bütövlüyü uğrunda mübarizə” mövzularında çıxış etdilər.