Radiasiya fonu üzərində aparılan monitorinqlərin nəticələrinə görə ölkə ərazisində radiasiya fonu norma daxilindədir. 12-18 avqust tarixlərində Rusiya ərazisində və onun cənub sərhədlərində radiasiya fonunun pisləşməsi barədə məlumatlar yayılsa da, həmin günlərdə Azərbaycanda radioaktiv göstəricilər və faktiki radiasiya şəraiti norma daxilində olub. Bu məlumat ETSN Milli Monitorinq Departamentindən verilib.
Məlumatda qeyd olunur ki, Azərbaycanda radiasiya fonu üzərində tam avtomatlaşdırılmış 6 onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemləri quraşdırılıb və bu mükəmməl sistem vasitəsilə ölkədə radiasiya fonu daim nəzarətdə saxlanılır.
Xatırladaq ki, avqustun 8-də, Rusiyanın Arxangelsk vilayətində, maye reaktiv mühərrik qurğuları poliqonunda sınaq keçirilərkən baş vermiş partlayışdan sonra Rusiyanın bir sıra ərazilərində, həmçinin cənub sərhədlərində, xüsusən avqustun 12-18-də radiasiya fonunun dəyişməsi ilə bağlı məlumatlar yayılıb