“Respublika Diaqnostika Mərkəzi” barəsində cərimə protokolu yazılıb.
Tribunainfo.az yazır ki, mərkəz İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə qaydaları əleyhinə olan 375.0.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Respublika Diaqnostika Mərkəzi”nin işinə 4 aprel tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar