“Respublika Diaqnostika Mərkəzi” ASC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, mərkəzin İnzibati Xətalar Məcəlləsiningömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
“Respublika Diaqnostika Mərkəzi” ilə bağlı başladılmış iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 18 noyabr tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Respublika Diaqnostika Mərkəzi” 2016-cı ildən beynəlxalq akkreditasiyanı qazanan yeganə klinikadır. Klinikanın İcraşı Direktoru Rəşid Vəzirov, Baş həkimi Könül Xəlilovadır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar