Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
Tribunainfo.az -ın məlumatına görə, rəsmilər şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.
Bundan başqa, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Baş prokuror Kamran Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də Şəhidlər xiyabanını ziyarət edən dövlət rəsmiləri arasında olub.
Eyni zamanda mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev, BŞİH rəhbər Eldar Əzizov da Şəhidlər xiyabanını ziyarət edib.