Axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələnlər vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz.
Tribunainfo.az yazır ki, bu barədə məlumata yol-nəqliyyat eksperti Elməddin Muradlı paylaşıb. O bildirib ki, bütün sürücülər birdəfəlik bilməlidir ki, parklanmaya görə nağd ödənişlər qanunsuzdur:
“Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə, qanunsuzdur. Axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, qanunsuzdur.
Bazar günü rəsmi parkinq yerində sizdən pul istəyirlərsə, bu da qanunsuzdur. Söhbət yerüstü parkinq yerlərindən gedir. Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir”.
Ekspert bildirib ki, sürücülər ayıq olmalı və belə durumlarda onlardan pul tələb edilməsinə etiraz etməlidir.