RƏSMİ – MOSKVAYA HÜCUM EDİLDİ – FOTOLAR

RƏSMİ – MOSKVAYA HÜCUM EDİLDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiyanın paytaxtı Moskvada iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi, ölən və yaralananların olmadığı bildirilib.

Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, yerli vaxtla saat 04:00 radələrində iki pilotsuz təyyarə Moskvaya hücum edib.

Pilotsuz təyyarələrin iki boş binaya dəydiyini qeyd edən Sobyanin, hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumatı paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada pilotsuz təyyarə hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi, “Kiyev rejiminin qarşısı alınan terror hücumunda can itkisi olmadığı” ifadə edilib.

Qeyd edək ki, Ukrayna hələlik mövzu ilə bağlı açıqlama verməyib.