Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən gün Almaniya paytaxtı Berlində törədilən faciəvi hadisəni pisləyib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən gün Almaniya paytaxtı Berlində törədilən faciəvi hadisəni pisləyib.
TİA.AZ xəbər verir ki, XİN-in yaydığı bəyanatda bildirilir:
“Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.