Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov ateistləri ağılsız adlandırıb.
Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov ateistləri ağılsız adlandırıb.
A24.az-a müsahibəsində söylədiyi “Ağıllı insan ateist ola bilməz “ fikrinə Rəşid Mahmudov aydınlıq gətirib:
“Əlbəttə, ola bilməz. Sən Allahını tanımırsansa, deməli, ateistsən. Qoy ateistlər məni söysün, mən müsəlmanam. Dünyada yaşayan insanlar iki cürdür: pis və yaxşı. Mən bunu qəbul edirəm. Təkcə müsəlmanlar deyil, bütün millətlər cənnətə gedəcək. İngilislər, digər xalqlar spirtli içki içir, onların cəhənnəmə gedəcəyini qəbul etmirəm. Xristianlar da cənnətə gedəcək. Bunlar gülməli şeylərdir. Mənim üçün din saflıqdır, əqidədir, vicdandır, düzgünlükdür. Elə adamlar var ki, namaz qılırlar, vallah onların çoxu Allahını yaxşı tanımırlar. Hamı başına örpək örtür bu da örtür, bununla deyil e. Dinimizi hazırda nə vəziyyətə salıblar. Bizim müsəlmanlar terrorçudurlar. Biz nə islamı bilmirik, nə ona ibadət etmirik, nə onu qoruya bilmirik, nə də onu təbliğ edə bilmirik. Öldürən də müsəlmandır, ölən də. Bunu edənlər saqqallılardır”.