Rəşid Behbudovun qızı Ayaz Salayevi belə müdafiə etdi: “Prekratite…”

Rəşid Behbudovun qızı Ayaz Salayevi belə müdafiə etdi: “Prekratite…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim üçün rus dili yox, türk dili təhlükəlidir”, deyən rejissor Ayaz Salayevi mərhum xalq artisti Rəşid Behbudovun müğənni qızı Rəşidə Rəşid müdafiə edib.

Tribunainfo.az xəbər verir ki, R.Rəşid şəxsi Feybuk hesabında Ayaz Salayevlə bağlı paylaşım edib. O, rejissora dəstək paylaşımını rus dilində yazıb. R.Rəşidin yazdıqlarını Azərbaycan dilində təqdim edirik:

“Xahiş edirəm, Ayaz Salayev haqqında yalan şeylər yazmaqdan əl çəkin.
Ayaz müəllim haqqında bir hörmətsiz söz yazmağa cəsarət edib yazanlar, ar olsun sizə. Eşidirsinizmi? Ayıb olsun sizə”

Qeyd edək ki, rejissor Ayaz Salayev verilişlərin birində bizim üçün rus dilinin yox, türk dilinin daha təhlükəli olduğunu bildirib.
Sitat: “Mənim tələbəm “kasaba” deyir, “qəsəbə” sözünü heç evdə eşitməyib. Dilimiz rus dilinə görə ayrı dil kimi qorunub saxlanıldı. Orta təhsili olan adam ən azı bir dili doğma dili kimi bilməlidir. Adamın beyninə ikinci dil yerləşmirsə, gərək gedib kənd təsərrüfatı ilə məşğul olsun. Şəhərdə onun işi yoxdur. Şərq meyillisənsə, onda ərəb, fars dillərini öyrən. Nəyə görə valideynlər övladlarını rus bölməsinə qoyur? Hər halda övladının pisliyini istəmir. Azərbaycan bölməsində keyfiyyəti qaldıra bilmirlər deyə rus bölməsini bağlamaq istəyirlər”.

Nigar