Avropa Liqasının “Arsenal” – “Qarabağ” matçının sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni ilə Ağdam klubunun kapitanı Rəşad Sadıqov arasında insident baş verib.
Qol.az-ın xəbərinə görə, canlı yayımda efirə düşməyən bu görüntünü azarkeş çəkib. İnsident zamanı Rəşadın erməni azarkeşi vurub meydandan kənarlaşdırmaq istədiyi görünür.
Həmin görüntüləri təqdim edirik.