“Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır” – Deputat

“Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır”.

Tribunainfo.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, ölkədə zəruri dərmanları tapmaq çətindir: “Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərdən də soruşduqda, “siz bizim dərdimizi başa düşmürsünüz”, deyirlər”.