Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? – VİDEO

Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adını açıqlamayan şəxs Rəşad Dağlının övladlarının təhsil haqqını ödəyib.

Tribunainfo.az xəbər verir ki, kimliyinin açıqlanmasını istəməyən şəxs hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladları Yusiflə Betülün oxuduğu məktəbin illik təhsil haqqını ödəyib.Ödənişin kimin tərəfindən edildiyini bilməyən meyxanaçının oğlu Yusif Əmirov sosial şəbəkə hesabında həmin şəxsə təşəkkürünü bildirib:

“Çox adam bizim təhsil haqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik”.
Xatırladaq ki, Rəşad Dağlı məhkəmədə açıqlaması zamanı övladlarının özəl məktəbdə oxuduğunu deyib. O ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. Daha sonra könüllü olaraq polisə təslim olub. Meyxanaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.