Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır.
Ehtiyatda olan polkovnik Rəşad Aslanov XALQ.AZ-a sərgi haqqına fikirlərini bölüşüb.
R.Aslanov qeyd edib ki,Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi.
Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməmişdir. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın zəfərləri erməni faşizmi üzərində qələbəsi idi.
Ermənistan və onun arxasında duran istənilən qüvvə, ölkə bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siyasəti var. Azərbaycan xalqı ilə Ali Baş Komandan arasındakı vəhdət ərazi bütövlüyümüz, suverenliyimiz üçün ən mühüm amildir. Hər bir təxribatın qarşısını almaq üçün bizim güclü ordumuz var.
Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu da Ali Baş Komandan İlham Əliyevin düşünülmuş uğurlu siyasətinin nəticəsidir deyə Rəşad Aslanov qeyd edib.