61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 14-də Qusar rayonu Cibir, Piral, Həzrə və Mucuq kəndlərində seçicilərlə görüşlər keçirib.
Böyük coşqu və izdihamla keçən görüşlərdə namizəd çıxış edərək seçiciləri narahat edən problemlərdən və seçki platformasından danışıb.
Ehtiyatda olan polkovnik Rəşad Aslanov çıxışı zamanı qeyd edib ki, mən Sizlərdən biri olaraq Qusarımızın daha da inkişaf etdirməyimiz üçün çalışacağam. Səngərdə yatmadım düşməni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi məhv edib zəfər qazandıq. Seçkilərdədə qələbə qazanacağam. Mənə bu doğma münasibətinizə görə təşəkkür edirəm. Qusarımızın inkişafı üçün yeni konsepsiya ilə mərhələli, qanunvericiliyimizə əsasən çalışacağam. Sizlərin qayğıları həll olunması üçün yeni təkliflərlə çıxış edəcəm. Bildiyiniz kimi, artıq ölkəmizdə yeni mərhələ yaşanır dövlətimiz tərəfində islahatlar aparılır. Hər kəsə bəllidir ki, dövlətimizin əsas məqsədi vətəndaşın sosial rifahıdır. Sosial rifahımızın yaxşılaşdırlıması istiqamətində yeni lahiyələr işlənib hazırlanmasına nail olacayıq. Bu gün doğma Qusarımızda görüləcək işlər var, bu məsələlərin həll üçün Sizlərlə birgə calışmalıyıq. Mən inanıram ki, seçki günü öz prinsipiallığınızı göstərərək Sizlərdən birinə səs vercəksiniz. Mən daim Sizlərlə birgə olacağam! Mənim qəbul günüm olmayacaq, hər zaman sizin yanınızda olacağam necə ki indi burdayam.
Görüş zamanı kənd ağsaqqaları, gənclər çıxış edərək bildiriblər ki, seçkilərdə ona səs verəcəklər ki, onların səsi olsun,zamanla həll olunmayan problemlər öz həllini tapsın.
Sonda deputatlığa namizədə kənd sakinləri müraciət ediblər, müraciətlər qeydə alınaraq aidiyyatı qurumlara göndəriləcəyi bildirilib.
Gərargahdan qeyd olunub ki, görüşlər davam edəcək.
Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.