“Dərslər cansıxıcı olmasın, uşaqlar şeir əzbərləmək kimi əziyyətlərə qatlaşmasınlar. Onlara daha vacib olan fənlər tədris edilsin.
“Dərslər cansıxıcı olmasın, uşaqlar şeir əzbərləmək kimi əziyyətlərə qatlaşmasınlar. Onlara daha vacib olan fənlər tədris edilsin.
Hərdən Norveç, İsveç, Finlandiya kimi ölkələrə o qədər paxılılığımız tutur, kaş bizim də təhsilmiz onlarınki kimi olaydı”. Bu sözləri orta məktəbin 1-ci sinfinə gedən uşaqların valideynlərindən hər addımbaşı eşitmək olur.
Dünyada ən yaxşı təhsil sistemlərindən biri fin təhsilidir. Hər zaman təhsilə edilən dəyişikliklər və yeniliklərin hesabına onların təhsili dünyada 1-ci yerdə dayanır. Bu dəyişiklərdən biri də bəzi dərsliklərin ləğv edilməsidir. Fizika, riyaziyyat, ədəbiyyat, tarix və coğrafiya dərslərinin ləğvini mütəxəssislər köhnəlmiş üsullar hesab edirlər. Onların fikrincə, bu tədris üsulu 1900-cü illərdə yaxşı hesab edilə bilərdi. Amma indi ehtiyaclar dəyişib və artıq XXI əsrdə fənlərarası əlaqəni araşdırıb öyrənəcəklər. Məsələn, İkinci dünya müharibəsini araşdıran şagird ona tarix, coğrafiya, riyaziyyat nöqteyi-nəzərindən yanaşacaq.
Rusiya deputatlari da tez-tez məktəb dərslikərinə əlavə fənnlər salınması ilə bağlı çıxışlar edirlər. Onlar rus kinosu tarixi, psixologiya, tabak məhsulları (siqaret, narkatotik və s.), şəxsi gigiyena, seksologiya, rəqs, şahmat, ekologiya, xor dərsi, qolf , iqtisadiyyat kimi fənlərin ayrıca fənn kimi tədrisini məqsədəuyğun hesab edirlər. Bəs, Azərbaycanda yeni dərs fənlərinin salınması istiqamətində hansı təklifər var?
Təhsil eksperti Kamran Əsədov TİA.AZ– a bu haqda bunladı danışdı: “ Bildiyimiz kimi,ölkəmizdə təhsilin bütün pillələri üzrə dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Lakin Azərbaycan Respublikasında dərslik siyasətini hazırda dövrüyyədə, insanlarımızın istifadəsində olan dərsliklər tam şəkildə doğrultmur. Danılmaz faktdır ki, dərsliklərimizin informasiya yükü çox ağırdır və bu da repititor fəaliyyətinə geniş imkanlar açır. Bütün çatışmazlıqlara baxmarayaq, Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biri olan ümumi təhsil sistemində dərslik siyasəti sahəsində son illər ərzində ciddi irəliləyişlərə nail olunub. Dərsliklər fənnlərə uyğun şəkildə sifariş olunsa da, böyük əksəriyyət dərsliklərdə fənlərarası əlaqə zəif təşkil olunur ki, bu da şagirdlərin fənlərə marağını azaldır. Məlumdur ki, son 5 il ərzində orta məktəblərdə aparılan islahatlar nəticəsində bir çox fənnlər ləğv edilib. Bilirsiz, indiyə qədər orta məktəb şagirdləri üçün çox vacib olan Astronomiya, Azərbaycan Respublikası Konstitusiyası, İqtisadiyyat kimi fundamental fənlər də ləğv olunub. Amma bunun əvəzinə bir neçə fənn əlavə olunub. Beləki, 2012-ci ilin yanvarından etibarən şahmatın fənn kimi tədrisi, 2014-2015-ci tədris ilindən kurikulumun tətbiqi ilə əlaqədar “Həyat bilgisi” müstəqil fənn kimi tədris edilməyə başlanılıb. Lakin hesab edirəm ki, bu fənnlər yetərli deyil. Düşünürəm ki, Multikulturalizmi bir sosial hadisə, ideologiya, siyasət, həyat tərzi kimi qəbul edib, “Multikulturalizmə giriş” fənni tədris edilə bilər. Bundan başqa son dövrlərdə cəmiyyətdə baş verən hadisələri nəzərə alıb şagirdlərin yaşına uyğun spixologiya fənni orta məktəblərin tədris planına daxil edilə bilər. Dünya təcrübəsində orta məktəblər hazırladıqları vətəndaşın real və müstəqil həyatın tələblərinə uyğun olması üçün bir çox üsullardan istifadə edirlər. Bunlar daha çox nəzəriyyəyə əsaslanan fənlərlə yox, praktik təcrübəyə əsaslanan fənlərlə həyata keçrilir. Bundan əlavə hesab edirəm ki, fənlərin tədris planlarına da dəyişiklik edilməlidir. Musiqi dərsinə rəqslər əlavə edilməlidir. İqtisadiyyat dərsləri yenidən orta məktəbin proqramına qayıtmalıdır”.
NİLUFƏR